Türk ordusunun qırıcı təyyarəsi qəzaya uğrayıb - PİLOT ÖLÜB
Türkiyədə qırıcı təyyarə qəzaya uğrayıb. APA TV-nin xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” tipli təyyarə Nevşehir əyalətində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Hadisənin baş verməsinin səbəbləri barədə hələlik açıqlama verilməyib.
Qəzadan dərhal sonra hadisə yerinə əməliyyat qrupu yollanıb və təyyarənin qalıqları, eləcə də pilotun meyiti aşkar olunub.