Tramp milli təhlükəsizlik üzrə müşavirini istefaya göndərdi
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Qerbert Makmasteri istefaya göndərib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumçatına görə, onun yerinə bu vəzifəyə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Con Bolton təyin edilib.
Qerbert Makmaster öz istefasını bir neçə həftə ərzində D.Trampla müzakirə edib.
Tramp Q.Makmasterin "İŞİD-in darmadağın olunmasında, KXDR-i danışıqlar masasına cəlb etməkdə və ölkənin rifahının yaxşılaşdırılmasında" rolunu yüksək qiymətləndirib.
Məlumata görə, qərar D.Tramp və Q.Makmaster arasında qarşılıqlı razılıq əsasında verilib.