Afrində Türkiyə ordusunun üç əsgəri şəhid oldu

Türkiyə ordusu Afrində daha 3 şəhid verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əsgərlər terrorçulardan təmizlənmiş ərazilərdə axtarış apararkən kustar üsulla hazırlanmış bomba partlayıb.

Hadisə zamanı üç hərbçi şəhid olub, 3 əsgər yaralanıb.

Xatırladaq ki, Suriyanın şimalında başladılan "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə ordusu 49 şəhid verib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov