Səudiyyə Ərəbistanı ABŞ-dan 1 milyard dollarlıq silah-sursat aldı

ABŞ Səudiyyə Ərəbistanına əlavə olaraq 1 milyard dollarlıq silah satıb.


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1 milyard 76 milyon 800 min dollarlıq silah satıldığını təsdiqləyib.

Satılan silahların 6700 ədədi "TOW 2B" tank əleyhinə raketlər və ağır texnikaların ehtiyat hissələridir.
 

Həmçinin krallığa satılmış texnika arasında 300 milyon dollar dəyərində ABŞ istehsalı "M1A2" "Avraam" tankları və "M2 Bradley" zirehli maşınları da yer alır.


30 gün müddətində satılan silah-sursata Senat tərəfindən heç bir veto qoyulmazsa, texnikanın növbəti ayda Səudiyyə Ərəbistanına çatdırılması gözlənilir.


Qeyd edək ki, iki dövlət arasında silah satışına dair razılaşma Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın ABŞ-a ziyarəti zamanı öz təsdiqini tapıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov