Səudiyyə İsrailə ediləcək uçuşlar üçün hava məkanını açdı - 70 İLDƏN SONRA

Səudiyyə Ərəbistanı İsrailə ediləcək uçuşlar üçün öz hava məkanını açıq elan edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq ilk təyyarə Təl-Əviv hava limanına eniş edib.
 

Hindistana aid "Boeing 787" təyyarəsi Səudiyyə hava məkanından keçərək Təl-Əvivə eniş edib və bununla da 8 saatlıq uçuşlar artıq 2 saata enib.

Xatırladaq ki, 1948-ci ildən - yəni İsrailin müstəqillik əldə etməsindən sonra Səudiyyə Ərəbistanı öz hava məkanını bu dövlətə edilən uçuşlar üçün bağlı elan etmişdi.

"Bu, "marketinq inqilabı"dır. Gələcəkdə Sinqapur və Filippinə aid təyyarələr də Səudiyyə hava məkanından keçərək İsrailə gələ biləcəklər" - deyə, İsrailin turizm naziri Yaviv Levin əlavə edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov