Rusiya təyyarələri İdlibi bombaladı: ölü sayı çoxdur - BOMBARDMAN ANI
Suriyanın İdlib əyalətinə hava hücumu olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bazara edilən hava hücumu nəticəsində 28 nəfər ölüb, 26 nəfər yaralanıb.
Müxalif qüvvələrin verdiyi məlumata görə, təyyarələr Rusiyaya aiddir və Hmeymim aviabazasından havaya qaldırıldığı ehtimal olunur. Ölü sayının artacağı gözlənilir.
Qeyd edək ki, son 2 həftədə İdlib və Həma bölgələrinə edilən hücumlar nəticəsində ümumilikdə 84 nəfər ölüb, 88 nəfər isə yaralanıb.