PYD/YPG anbarlarından Rusiya istehsalı raketlər çıxdı
Türkiyə Silahlı Qüvvələrinin minaaxtaranları Afrində "Qrad" reaktiv atəş sisteminə aid 4 ədəd mərmi ələ keçirib.
APA TV-nin məlumatına görə, bölgədəki minaların zərərsizləşdirilməsi zamanı aşkarlanan mərmilərin dərhal zərərsizləşdirilməsinə başlanılıb. Bundan əlavə, Afrinin Yuxarı Korkan kəndində kustar üsulla hazırlanmış partlayıcılar da tapılaraq zərərsizləşdirilib.
Hazırda bölgədəki partlayıcıların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, "Qrad" atəş sistemləri Rusiya istehsalıdır və ilk dəfə SSRİ dövründə silahlanmaya qəbul edilib.