Türkiyə ABŞ-dan "Patriot" raket kompleksi alacaq - RUSİYADAN REAKSİYA
Ankara ABŞ-dan "Patriot" raket kompleksi almaq fikrindədir.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib.
"ABŞ ilə razılığa gəlmək üçün danışıqlar aparılacaq. "Patriot" raket kompleksinin alınması da danışıqların mövzusudur" - deyə, Hami Aksoy bildirib.
Həmçinin Menbiç məsələsinin müzakirə olunacağına diqqət çəkən Aksoy, rəsmi Bağdadla İraqın şimalında yeni bir əməliyyata başlanmasına hazırlıqların getdiyini və Ərbilə birbaşa uçuşların təşkil olunması üçün hava məkanının açılması məsələsinin də gündəlikdə olduğunu vurğulayıb.
Rus mediasının yaydığı xəbərə görə isə, Vaşinqton rəhbərliyi Rusiyanın "S-400" raket kompleksinə qarşılıq rəsmi Ankaraya "Patriot" raket sistemlərini təklif edir.