Lənkərana qonaq gedən iki qardaş avtoqəzaya düşüb - BİRİ ÖLÜB
Lənkəranda iki qardaş yol qəzasına düşüb, onlardan biri dünyasını dəyişib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza rayonun Balıqçılar qəsəbəsində baş verib.
Lənkəran istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil qəfildən idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə ağır xəsarətlər alan sərnişin 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. İki nəfər isə xəsarət alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan birinin xəsarəti yüngül, digəri - ölən şəxsin qardaşı, 1965-ci il təvəllüdlü Abdullayev Elbrus Sultan oğlunun isə xəsarətləri ağır olub. Məlumata görə, qəzaya düşənlər Bakıdan Lənkərana qonaq gedirmiş. Hadisəyə isə yüksək sürətin səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.