Saatlıda "Shacman" minik maşınının üstünə aşıb - 2 ÖLÜ, 2 YARALI

Saatlıda yük maşını minik avtomobilinin üstünə aşıb, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib.

Hacıqabul rayonunun Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin sıradan çıxması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan və İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə “Mercedes”in sürcüsü Ə.Allahverənov və sərnişini İmişli sakini, 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində can verib. Minik avtomobilində olan digər sərnişin İmişli rayonunun Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu xəsarət alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü qaldırıcı kranların və FHN-in xilasediciləri tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı BDYPİ tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv