Fransada İŞİD-çi supermarketə soxuldu - 3 ÖLÜ, 16 YARALI

Fransanın cənubundakı Treb şəhərində silahlı şəxs supermarketdə insanları girov götürüb. APA TV-nin "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, əraziyə polis qüvvələri göndrilib. Girovların azad olunması üçün əməliyyat keçirilib.

Silahlı terrorçunun supermarketə hücumu zamanı 3 nəfər öldürülüb, 16 nəfər isə yaralanıb. Terrorçu ilə aparılan danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu məhv edilib. Yaralılar və digər girovlar azad edilib.

Məlumata görə, insanları girov götürmüş Mərakeş əsilli Fransa vətəndaşı, 26 yaşlı Reduan Lakdimi supermarketə daxil olan zaman İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə bir polis əməkdaşı yaralanıb.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv