İngilislər Amsterdamın altını üstünə çevirdi - REAL VİDEO

Futbol üzrə Niderland və İngiltərə yığma komandaları arasında yoldaşlıq matçı ərəfəsində Amsterdamda 90 ingilis azarkeş saxlanılıb.

 

APA TV-nin məlumatına görə, bu barədə məlumat Amsterdam polisinin "Twitter" səhifəsində verilib.

 

Onlardan biri yaralanaraq xəstəxanaya yerləşdirilib. Britaniyalı azarkeşlər Amsterdamda ictimai asayiş pozub, polis əməkdaşları və kanallarda qayıqla səyahət edən insanlara butulkalar atıb.

 

Qeyd edək ki, Niderland-İngiltərə matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv