Bakıda şaxtalı və QARLI HAVA PROQNOZLAŞDIRILIR

Bakı və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağıntılı, arabir sulu qara keçəcəyi gözlənilir.  Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya  verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Bölgələrdə də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə  isti olacaq. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz isə 0-5 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv