Türkiyə Silahlı Qüvvələri bəyan etdi: Afrin tamamilə təmizləndi

Afrin tamamilə PYD/YPG terrorçularından təmizlənib. APA TV-nin məlumatına görə, bəyanatı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.


"Afrin bölgəsində nəzarət tam olaraq təmin edilib. Afrinin mərkəzi də daxil olmaqla, üç böyük yaşayış məntəqəsi - Raco, Bülbül, Cinderes, həmçinin bölgənin bütün kəndləri terrorçulardan təmizlənib" - deyə, TSQ-nın bəyanatında deyilir.

Xatırladaq ki, Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də "Zeytun budağı" əməliyyatına başlayıb.

Son məlumata görə, əməliyyat çərçivəsində 3603 terrorçu məhv edilib. Türkiyə ordusu Afrində 49 şəhid verib.

 

Müəllif | Apa.Tv
Apa.tv