Tramp ABŞ-ın büdcəsini təsdiqlədi, amma bəyənmədi: "Axmaq vəziyyətdəyik"

Donald Tramp ABŞ-ın 2018-ci il üçün büdcə layihəsini təsdiqləyib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 1,3 trilyon dollarlıq büdcənin 700 milyardını müdafiə xərcləri təşkil edir.

Tramp büdcəni imzalamasa, bu gecə hökumət fəaliyyətini dayandıracaqdı. ABŞ prezidenti büdcədən razı qalmadığını deyib, belə bir büdcəni bir də imzalamayacağını bildirib:  "2 min 200 səhifəlik layihənin içini heç kim oxumayıb, mən isə bundan xoşbəxt deyiləm. Axmaq vəziyyətdəyik, ancaq ordumuzu maliyyə ilə təmin etməkdən başqa çarəmiz yoxdur. ABŞ ordusu dünyadakı bütün ordulardan olduqca güclü olacaq".

Qeyd edək ki, Nümayəndələr Palatası büdcəni 167-yə qarşı 256 səs ilə qəbul edib. Senatda isə 65 senator lahiyəyə razılıq verib.

Müəllif | Apa.Tv
Apa.tv