Rusiyada ticarət mərkəzində dəhşətli yanğın olub - 37 ÖLÜ, 43 YARALI

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğın zamanı təxminən 40 nəfər dünyasını dəyişib.

Məlumata əsasən, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib. Ərazidə çoxlu sayda yanğınsöndürənlər və xilasedicilər işləyib. Ötən günün ikinci yarısından başlayan yanğın gecə saatlarında tam söndürülüb.

Bildirilir ki, dördmərtəbəli ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının isə binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir. Hadisədən sonra ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyü də açıqlanıb.

Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv