Şamaxıda mikroavtobus qəzaya uğrayıb - 1 ÖLÜ, 5 YARALI

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.

Şəkidən Bakıya doğru hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakini, 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Eyni zamanda Şəki sakinləri, 1984-cü il təvəllüdlü Əhmədov Rüfət İsmayıl oğlu, 1988-ci il təvəllüdlü Daşdəmirov Bəşər Nurlan oğlu, 1992-ci il təvəllüdlü Zeynallı Zeynal Elbrus oğlu, 1958-ci il təvəllüdlü Əhmədova Muxsa Sirac qızı, Qax sakini, 1990-cı il təvəllüdlü Kərimova Günel Aftandil qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv