37 illik keçmiş məhkum yenidən saxlanıldı - MAL-QARA OĞURLAYIB
Goranboyda 37 il həbsdə yatan 57 yaşlı kişi yenidən saxlanılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, o, bayram günü həmkəndlisinin mal-qarasını oğurlamaqda şübhəli bilinib.
Etibar Qarayev martın 20-də Goranboyun Borsunlu kənd sakini Müşfiq Hümbətova məxsus ümumi dəyəri 5200 manat olan 4 baş iribuynuzlu heyvanları tövlədən çıxarıb satmağa aparan zaman polis tərəfindən saxlanılıb.
5 dəfə məhkumluq həyatı yaşayan 57 yaşlı E.Qarayev barəsində Goranboy Rayon Polis şöbəsində istintaq araşdırmalarına başlanılıb.