Kürdəmirdə qəza: Rusiya vətəndaşını vurub, qaçdılar

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 1954-ci il təvəllüdlü Minayətxan İlyas qızı Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan qadın  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv