Elmi inkar edib, düzəltdiyi raketlə fəzaya çıxmaq istəyənin sonu - REAL VİDEO
"Yer planeti kürə şəklində deyil, düm-düzdü deyib", düzəltdiyi raketlə göyə qalxmaq istəyən şəxs qəzaya uğrayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ vətəndaşı Mayk Hages uzun müddətdir Yer kürəsinin düz olduğunu sübut etməyə çalışır. Bunun üçün 61 yaşlı Hages Kaliforniya vilayətinin Amboy bölgəsində raketlə səmaya qalxmaq istəyib. 575 metrə qədər yüksəkliyi fəth edən təcrübəçi, sonradan paraşütlə yerə enib və xəsarət alıb.
O, elmi "qurama" adlandırır.
Qeyd edək ki, amerikalı həvəskar 2014-cü ildə buna bənzər uçuş həyata keçirib. Hages onu kosmosa çıxaracaq raket yaratmağı düşünür.