Yəmən Səudiyyə paytaxtını bombaladı: ölən və yaralananlar var

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, raket hücumları nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Zərbələrin hədəfi paytaxt Ər-Riyad olub.

 

Raketlərin havada məhv edilib. Məhv edilən raketlərin hissələri Ər-Riyadın fərqli yerlərinə düşüb. Raketlərin qırıntılarının evlərə düşməsi nəticəsində Misir vətəndaşları olan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Səudiyyə Ərəbistanı Yəməndən atılan 7 raketin məhv edildiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv