Ayaqqabı sexindən oğurluq edənlər tutuldu - MİNGƏÇEVİRDƏ

Mingəçevirdə oğurluqda təqsirləndirilən şəxslər tutulub.

DİN Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan APA TV-nin yerli bürosuna bildirilib ki, ötən il avqustun 7-də Mingəçevir şəhər sakini Əflatun Hüseynov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ayaqqabı sexindən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Araşdırmalarla sexdən ümumi dəyəri 3100 manat dəyərində olan ayaqqabı qəliblərinin oğurlandığı müəyyən edilib. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Firdovsi Mustafayev, qardaşı Vüqar, əmisi oğlu Teymur və Tural Mabudov saxlanılıb. Dindirilmə zamanı həmin şəxlər törətdikləri cinayəti etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv