14 yaşlı yeniyetmə qəfildən dünyasını dəyişib - LƏNKƏRANDA
Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad sakini, 14 yaşlı Məmmədzadə Fərhad Fərahim oğlu halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, F.Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.