Neftin qiymətləri stabilləşir

Birjalarda xam neftin qiymətləri stabilləşməkdədir.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft 69,59 dollardan 69,61 dolara, Qərbi Texas markası isə 65,56 dollardan 65,69 dollara qədər bahalaşıb.

 

Çərşənbə günü Enerji İnformasiya İdarəsi tərəfindən ABŞ-da neft ehtiyatlarının həcmi açıqlanacaq. "Bloomberg"in bu gün açıqladığı hesabatda isə ehtiyatların 450 min barel artması proqnozlaşdırılır. Bu ölkədə sonuncu həftədən əvvəlki iki həftədə ehtiyatlar azalmışdı. ABŞ-da istehsalın artması ilə paralel olaraq ehtiyatların artması neftin qiymətlərinə mənfi təsir edən əsas amillərdir.

 

Ötən həftə baş verən bir neçə hadisə qiymətlərin ciddi bahalaşmasına səbəb oldu. Bunlardan biri beynəlxalq neft ehtiyatlarının artması barədə xəbərlər idi. Bu, OPEK və Rusiya başda olmaqla bir neçə neft ölkəsinin istehsalı azaltmaqla anbarlardakı neft ehtiyatlarının azalmasını təmin etmək və qiymətləri qaldırmaq siyasətinin nəticəsi olaraq qeyd edilə bilər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı