Gədəbəy sakininin meyiti Tovuzda tapıldı

Tovuzda kanalın kənarında meyit tapılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Qurbanov Vilayət Kazım oğlunun meyiti kanalın yaxınlığında aşkarlanıb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib. V.Qurbanovun sərxoş vəziyyətdə kanala yıxılaraq boğulduğu ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli