İmişlidə mağazadan oğurluq edən 23 yaşlı gənc tutuldu

İmişlidə oğurluqda şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Meliorator qəsəbə sakini Nuri Emin Habil oğlu 12 mart 2018-ci ildə ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə gecə saatlarında Yalavac kəndi ərazisində yerləşən ona məxsus ərzaq mağazasından naməlum şəxslər tərəfindən 1000 manat dəyərində siqaret və sair ərzaq məhsullarının oğurlandığını bildirib.

 

Həmin fakt üzrə cinayət işi açılıb və keçirilən əməliyyat-istintaq tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayonunun Meliorator qəsəbə sakini, 1994-cü il təvəllüdlü Mehrəliyev Vasif Nuru oğlu saxlanılıb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs 12 mart 2018-ci ildə gecə saat 3.00 radələrində həmin mağazanın dam örtüyünü sökməklə ora daxil olaraq oğurluq edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı