Rusiyada matəm elan olundu - YANIB ÖLƏN 64 NƏFƏRDƏN 41-İ UŞAQDIR

Martın 25-də Kemerovo vilayətində baş verən yanğında ümumilikdə 64 nəfər ölüb, onlardan 41 nəfəri azyaşlıdır.

 

APA TV-nin məlumatına görə, bu məlumatı hadisə ilə bağlı yaradılan operativ qərargah yayıb.

 

Qərargahdan itkin düşən 85 nəfər barədə məlumatların dəqiqləşmə prosesinin artıq başa çatdığı, onların əksəriyyətinin 10-13 yaş arası uşaqlar olduğu açıqlanıb.

 

Bu arada Rusiya prezidenti Vladimir Putin hadisənin baş verdiyi bölgəyə səfər edib.

 

Qeyd edək ki, faciə ilə bağlı Rusiyada üç günlük matəm elan olunub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov