Bayramdan sonrakı pəhriz necə olmalıdır? - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ
Bayram vaxtı bir çoxları, hətta pəhrizdə olanlar belə qidalanmaya diqqət etməyərək istədiyini yeyir. Bundan sonra isə bu kaloriləri əritmək üçün müxtəlif üsullara əl atırlar ki, bu da çox zaman faydalı olmur, əksinə, orqanizmə daha çox zərər verir. Bəs necə edək ki, həm yığdığımız kalorini ataq, həm də düzgün qidalanaq?
Dietoloq Şəfa Yadigarova deyir ki, bir çox insanlar bayramdan sonra aclığa və monodietalara otururlar, amma bu doğru deyil. Çünki qidadan tamamilə imtina etmək olmaz: "Əgər bir həftə, on gün çox yeyiblərsə, mədə genişlənib. Mən kəpək tərkibli kondiet məhsulunu məsləhət görürəm. Onu gündə 3 dəfə yemək zamanı qəbul etdikdə, onlarda toxluq hissi yaranacaq. Bir həftə müddətində artıq mədə öyrəşəcək bu toxluğa, sonra onlar detoks günləri edə bilərlər. Bir gün tam tərəvəz günü edə bilərlər mayeni artırmaqla. Yaxud bir günlük monodietalar edə bilərlər ki, insan orqanizmi bir az yükləmədən rahatlaşsın".
Həkim deyir ki, artıq çəki alanlar kalorilərini nəzərə alaraq, sadə karbohidratları xaric etməlidirlər. Bundan sonra meyvə-tərəvəzdən istifadə etməklə pəhrizlərinə davam edə bilərlər.
Dietoloq deyir ki, insan özünü ac saxladıqda, orqanizmində maddələr mübadiləsi pozulur. Bunun nəticəsində isə kalorisiz məhsulları yedikdə belə çəki artır: "Əgər bir insan artıq özünü saxlaya bilmirsə, biz məsləhət görürük ki, kondieti qəbul etsin. O, daha faydalıdır və zərər də gətirmir. Eyni zamanda siz arıqlayacaqsız. Müəyyən dərəcədə mayeni artırsınlar. Mənə müraciət edən insanlar su içmir. Deyirlər, mən maye içdikdə, ürəyim bulanır. Çünki bunlarda orqanizmdə intoksikasiya var. Artıq suyu içmədikdə, hüceyrələr o qədər susuzluqda qalır, intoksikasiya gedir".
Dietoloq deyir ki, bir adamın etdiyi pəhriz proqramı digərinə təsir etməyə bilər. Məhz buna görə də pəhriz individual olmalıdır.