Ağdamda ağır avtoqəza olub - ÖLƏN VAR

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndi ərazisində qeydə alınıb.

Ramin Mirzeyevin idarə etdiyi “VAZ 2115” markalı avtomobil hərəkətdə olarkən Məhərrəmov Ceyhun Adil oğlunun idarə etdiyi “VAZ 2170” ("Lada Priora") markalı avtomaşınla toqquşub. Qəza nəticəsində “VAZ 2115”-in sürücüsü Ramin Mirzəyev hadisə yerində dünyasını dəyişib. "Lada Priora”nın sürücüsü  Ceyhun Məhhərrəmov  və “VAZ 2115”-də olan digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv