Kərkükdə İŞİD-lə döyüş: 6 TERRORÇU ÖLDÜRÜLDÜ
İŞİD Kərkükə növbəti dəfə hücum edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, polis qüvvələri ilə döyüş olub.
Atışmada 6 İŞİD üzvü öldürülüb.
Atışmada 6 İŞİD üzvü öldürülüb.
Atışma Kərkük ətrafında Elzap qəsəbəsinə bağlı Elfara və Hüseyniyə kəndləri arasında baş verib.
Tuneldən çıxan terrorçular kəndlərə soxulmaq istəyib.
Xatırladaq ki, son günlər İŞİD terrorçularının Kərkük və ətrafına hücumları artıb. Bir neçə gün öncə onlar bir ailənin 5 üzvünü qətlə yetirmişdi.