Bu ölkələrin orduları yaxın gələcəkdə ən güclü olacaq - SİYAHI

"2030-cu ilə qədər ABŞ, Rusiya, Fransa, Hindistan və Çin dünyanın ən güclü ordularına sahib olacaqlar". APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın hərbi mətbuatı yazıb.


Hərbi ekspert Robert Farley ölkəsinin hərbi qüdrətinin dünya üçün "qızıl standart" olaraq qalacağını iddia edib. O, Pentaqonun "soyuq müharibə"dən sonra İraq və Əfqanıstandakı hərbi hərəkatlarda önəmli təcrübə qazandığını deyib.

Ekspert ABŞ-ın hərbi büdcəsinə də toxunaraq, bu məbləğin digər güclü  ölkələrin hərbi büdcəsini dəfələrlə üstələdiyini vurğulayıb.

Rusiyanı ən böyük rəqib adlandıran Robert Farley rus ordusunun bu illər ərzində müəyyən problemlərlə üzləşəcəyini, lakin gücünü itirməyəcəyini qeyd edib.


Avropada Fransanın hərbi cəhətdən qüvvətlənəcəyini bildirən ekspert Asiyada Hindistanın daha modern silahlara yiyələnəcəyini, Çinin canlı qüvvə sayına görə liderliyini qoruyacağını vurğulayıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli