Pentaqon rəhbəri: "PKK günahsız türkləri öldürüb"

ABŞ müdafiə naziri Ceyms Mettis Menbiç və Sincar əməliyyatları barədə açıqlama verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə o, Pentaqonda keçirdiyi mətbuat konfransında danışıb: "Şimali İraqın Sincar bölgəsində Türkiyənin təhlükəsizliyinə çox böyük təhdid var. Bilirik ki, PKK ABŞ tərəfindən terror qruplaşması kimi tanınır. Onlar bir çox günahsız türkü qətlə yetirib və PKK-nın Sincar bölgəsindən dərhal çəkildiyini görmək istəyirik".
 

Türkiyənin Sincar bölgəsindəki əməliyyatlarına ABŞ-nın dəstək verib-verməyəcəyi sualına cavabında Mettis Türkiyə ilə danışıqların davam etdiyini vurğulayıb: "Türkiyə Afrində mövqelərini möhkəmlətməkdə davam edir. Buna görə də, Menbiç məsələsində hələ ki, böyük bir irəliləyişə nail olmamışıq. Türkiyənin Menbiçdə niyyəti bəllidir. Türklər Menbiçə daxil olub PYD/YPG-ni bölgədən çıxarmaq istəyir. Türkiyə NATO-nun üzvüdür və biz istənilən halda bir-birimizin yanında olmalıyıq. Suriya məsələsində çox ciddi fikir ayrılığımız mövcud idi. Ancaq bu, danışıqlarımıza təsir etmədi. Problemləri həll edəcəyik. Türklər Suriya məsələsində çox həssasdır. Bölgədə PKK tərəfindən öldürülmüş sivil insanlar var. Biz ilk öncə orada İŞİD-i məhv etmək niyyətində idik. Artıq bölgədə qarışıq olan qüvvələri nəzərə almaq lazımdır".

Müəllif | Apa.Tv
Elvin Bayramlı