İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb
İsmayıllı rayonunda yeniyetmə oğlan evdən çıxaraq geri qayıtmayıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, 2000-ci il təvəllüdlü rayon sakini Bilal Elçin oğlu Nağıyev martın 27-də səhər saatlarında yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Valideynləri uşağın günorta saatlarında evə gəlməməsindən narahat olaraq onun axtarışına başlayıblar. Bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınaraq onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getmək adı ilə çıxsa da, çantasını və kitablarını özü ilə aparmayıb. Üstəlik, şəxsiyyət vəsiqəsi də evdədir.
Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub. Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.