Moskva Kiyevə assosiativ sazişi imzalamağı təxirə salmağı tövsiyə edib - BAŞ NAZİR

Kiyevin Müstəqillik Meydanında “Ləyaqət günü” adı altında keçirilən aksiyaya 300 min nəfər qatılıb. Bu haqda məlumatı ölkənin müxalif partiyaları yayıblar. "Frans Press" xəbər agentliyi isə aksiyaçıların sayının 200 min olduğunu bildirib.

 

Bu arada məlum olub ki, Avropa Birliyi Ukrayna ilə ticarət sazişi üzrə işləri dayandırıb. Moskva Kiyevə Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağı təxirə salmağı tövsiyə edib. Bunu jurnalistlərə Ukraynanın baş naziri Nikolay Azarov deyib. O, tövsiyənin konkret kimdən gəldiyini dəqiqləşdirməyib.
 

N. Azarov Rusiya ilə danışıqların dekabr ayında başlayacağını söyləyib. O, iki ölkə arasında daha öncə imzalanmış qaz sazişinin şərtlərinə yenidən baxılması ilə bağlı hələlik konkret razılığın olmadığını bildirib. N. Azarov avrointeqrasiyadan imtina müqabilində Rusiyanın Ukrayna hökumətinə kredit vəd etdiyi haqda xəbərləri də təkzib edib.

 

Müəllif | Apa.Tv
Apa.tv