Naftalanda sanatoriyada güllələnən qadın öldü
Naftalan sakini güllələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasında baş verib.
Orada qeydiyyatçı işləyən 1987-ci il təvəllüdlü Günay Zeynalova mübahisə zəminində baş verən münaqişə nəticəsində sürücü Əli Hüseynov tərəfindən güllələnib. Qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, G.Zeynalova xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Hadisəni törədən Ə.Hüseynov saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.