Həbsxanada faciə: qiyamdan sonra yanğın oldu: 78 ÖLÜ

Venesuelanın Karabobo ştatındakı həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlardan 68 nəfəri kişi, 10-u isə həbsxanada saxlanılanlara baş çəkməyə gələn qadındır.

 

100-dən çox məhbusun cəza çəkdiyi həbsxanadakı insidentin səbəbləri açıqlanmasa da, şahidlər atəş səslərindən sonra yanğın başladığını bildirib.

 

Hökumət hələlik hadisə ilə bağlı rəsmi məlumat verməyib.

 

Qeyd edək ki, 2013-cü ildəki həbsxana qiyamı zamanı 61 nəfər ölmüş, 120 nəfər isə yaralanmışdı.

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova