OPEC-in cəhdləri nəticə verəcəkmi? - BAZAR ABŞ-IN TƏSİRİ ALTINDAN ÇIXA BİLMİR

Ötən gün axşam saatlarında bir dollara qədər ucuzlaşan xam neftin qiymətləri yenidən əvvəlki səviyyəsinə qayıdıb.

 

APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 68,94 dollara satılır. Qərbi Texas nefti isə 64,67 dollardan təklif olunur.

 

OPEK ölkələri qiymətlərin yüksəlməsində maraqlıdır və bu məsələdə qərarlılıqları davam edir. İraqın neft naziri Cabbar əl-Luaibi istehsalı azaltmaqla bağlı razılaşmaya imza atan OPEK və digər neft ölkələrinin müqavilənin vaxtını gələn ilin ortalarına qədər uzatmaq istədiyini bildirib. ABŞ-ın İrana qarşı sanksiyaları artırması, OPEK üzvləri - Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik, İran dəstəkli husilərin Ər-Riyada raket atması qiymətlərə müsbət təsir edən amillərdir. Bununla belə bahalaşma üçün əsas təhdid ABŞ-da neft istehsalının artmasıdır. Bu ölkədə istehsalla birlikdə ehtiyatların da gözləniləndən daha çox artması həftə ərzində qiymətlərə təsirsiz ötüşməyəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı