Şirvanda 22 yaşlı oğlan bıçaqlandı!
Şirvan şəhəri, Ərəblinski küçəsində bıçaqlanma hadisəsi baş verib. Bir qrup gənc mağazanın qarşısına toplaşaraq tonqal ətrafında içki məclisi təşkil ediblər. Bu zaman keflənmiş Şirvan sakinləri - 22 yaşlı Azayev Valid Sərəstun oğlu və 27 yaşlı Əliyev Rasim Nazim oğlu arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Rasim Əliyev Valid Azayevi bıçaqlayıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində 4 saat cərrahiyyə əməliyyatı aparılıb.
Hadisəni törədən Əliyev Rasim Nazim oglu Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.