Türkiyənin Afrində verdiyi şəhid sayı artdı

"Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyənin Afrində verdiyi şəhid sayı artıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, yaralanaraq xəstəxanaya yerləşdirilən bir hərbçi şəhid olub.  

Müalicə alan əsgər Afrin bölgəsində minaların zərərsizləşdirilməsi zamanı ağır yaralanmışdı. Hadisə 1 həftə öncə - martın 22-də baş vermişdi.

Xəbəri Türkiyə Silahlı Qüvvələri (TSQ) təsdiqləyib.

Bununla da Türkiyə ordusunun "Zeytun budağı" çərçivəsində Suriyanın şimalında verdiyi şəhid sayı 53-ə çatıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova