Qarabağda qanunsuz minatəmizləyənlər öldü - İNGİLİS TƏŞKİLATININ ƏMƏKDAŞLARIDIR
İşğal altındakı ərazilərimizdə qanunsuz olaraq minatəmizləmə işləri ilə məşğul olan İngiltərənin "Halo Trust" təşkilatının əməkdaşları minaya düşüb.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, hadisə Ağdərə rayonu ərazisində baş verib.
Hadisə zamanı üç nəfərin öldüyü deyilsə də, yaralıların dəqiq sayı açıqlanmır.