Bakıda avtobusda gənc oğlan qadını döydü - KAMERA GÖRÜNTÜSÜ
Martın 28-i, axşam saatlarında 65 nömrəli sərnişin avtobusunda insident baş verib.
APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hadisə sərnişinlərin sıx olduğu vaxt avtobusda ayaq üstə çətinliklə dayanan qadının qarşısındakı gənc oğlandan səliqəli oturmasını xahiş etdiyi zaman qeydə alınıb.
Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirib.
İnsident zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalıb.
Sürücü avtobusu yolun kənarında saxladıqdan sonra sərnişin polis əməkdaşları tərəfindən bölməyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.