Lənkəranda şəhid leytenant anılıb
Lənkəranlı zabit Qalib Laim oğlu Zülfüqarlının şəhidik zirvəsinə ucalmasından iki il ötür. APA TV-nin cənub bürosunun xəbərinə görə, bununla əlaqədar onun təhsil aldığı Lənkəran şəhərindəki 7 saylı tam orta məktəbdə anım mərasimi keçirilib.
Zülfüqarlının anım mərasimi onun bir zamanlar məzun olduğu keçirilib.
Mərasimdə rayon rəsmləri, şəhid ailələri, veteranlar, şəhidin ailə üzvləri və məktəbin müəllim və şagird heyəti iştirak edib. Burada vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, leytenant Qalib Laim oğlu Zülfüqarlının qısa və mənalı həyat yolundan danışılıb. Cəsur zabitimizin vətənə, torpağa bağlılığından söhbət açılıb: "Bu qocaman məktəbin divarları arasında onun gəncliyi, uşaqlığı keçib. Təbii ki, bu müəllimlərin əlindən su içib, təlim-tərbiyə alıb. Bizim üçün çox ağırdır, amma inanın ki, içimizi bir qürur, fəxarət hissi bürüyür. Çünki bu torpaq məhz belə oğullar yetişdirməyə qadirdir".
Anım mərasimi başa çatdıqdan sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, leytenant Qalib Zülfüqarlı 2016-cı ilin martın 27-də təmas xəttində, Qazax rayonunun Quşçu Ayrım kəndində erməni silahlı qüvvələrinin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 28 mart 2016-cı ildə müdafiə naziri general polkovnik Zakir Həsənovun sərəncamı ilə şəhid leytenant ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.