GİSDİ: Azərbaycanda seçkiöncəsi mühit əlverişlidir

"Seçkiləri 80-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Onlar seçkiləri qısamüddətli müşahidə edəcəklər. Hamısı Avropa ölkələrindəndir”.

 

APA TV-nin məlumatına görə, bunu qeyri-hökumət təşkilatı olan GİSDİ-nin (Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü) missiya rəhbəri Mihail Mirçev deyib.

 

GİSDİ seçki müşahidəsi sahəsində Bolqarıstanın ən qocaman QHT-sidir. Qurum 1990-cı ildə təsis edilib. GİSDİ bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib. 2003-cü ildən etibarən Azərbaycanda seçkiləri müşahidə edir.

 

Missiyanın hüquq analitiki Omurtaq Petkov bildirib ki, Azərbaycanda seçkiöncəsi mühit əlverişlidir. Onun sözlərinə görə, Azərbaycanda makrosiyasi mühit əlverişlidir. Seçki administrasiyasının işi qənaətbəxşdir. Müşahidələr göstərir ki, seçici siyahıları mütəmadi yenilənir. Seçki kampaniyası çərçivəsində ciddi qayda pozuntusu qeydə alınmayıb.

 

Bildirilib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi gözlənilir.

 

GİSDİ-nin siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının araşdırmaları nəticəsində Aralıq Hesabat hazırlanıb və aprelin 2-də təqdim olunacaq.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli