Abdul Fəttah əs-Sissi yenidən Misir prezidenti seçilib
Misirdə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Misirin hazırkı prezidenti Abdul Fəttah əs-Sissi 92 faiz səslə liderdir.
O, ölkənin ikinci ən böyük şəhəri - İsgəndəriyyədə 88 faiz, Dakaxliya əyalətində isə ümumilikdə 85 faiz səs toplayıb.
Yerli mətbuat orqanları ümumilikdə prezidentin 21,5 milyon seçicinin səsini topladığını qeyd edir. Əsas rəqib - "Əl-Qad" partiyasının lideri Musa Mustafa 721 min səs toplaya bilib.
Səsvermənin yekun nəticəsi bazar ertəsi günü elan olunacaq.
Qeyd edək ki, bundan öncəki seçkilərdə Abdul Fəttah əs-Sisi seçicilərin 97 faiz səsini toplamışdı.