Bakıda Azərbaycan-İran biznes forumu keçirildi - PREZİDENTLƏRİN İŞTİRAKI İLƏ

Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşılayıb.

 

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

 

Sonra dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

 

Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib.

 

Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

Müəllif | Apa.Tv
Fərid Rəsulov