Gəncədə 18 yaşlı gənc özünü yandırdı
Gəncə sakini ağır yanıq xəsarəti alıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99 faiz yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədilə üzərinə benzin tökərək alışdırıb.
Faktla bağlı araşdırma aparılır.