Mərkəzi Neftçilər Xəstəxanasında YANĞIN: 12 NƏFƏR XİLAS EDİLDİ

Mərkəzi Neftçilər Xəstəxanasında elektrik şitində yanğın olub. İlkin ehtimala görə yanğına səbəb elektrik sistemində baş verən qısaqapanma olub. APA TV-nin xəbərinə görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın xəstəxananın fizioterapiya şöbəsində baş verib. Xəstəxananın Hemodializ Şöbəsinin müdiri Oqtay Məmmədzadə deyib ki, səhər saatlarında tüstülənmə olub. Hadisəyə plastik kütlələrin qızması səbəb olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlər briqadası

cəlb edilib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binan qalan hissəsi yanğından mühafizə olunub. 

Müəllif | Apa.Tv
Apa.tv