"Şakro Molodoy"a 10 il həbs cəzası verildi

Rusiyada hədə-qorxu yolu ilə pul tələbetmədə ittiham olunan "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşov və onunla birlikdə həbs olunan digər şəxslərə hökm oxunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Z.Kalaşov və əsas cinayət ortağı müvafiq olaraq 9 il 10 ay və 8 il 10 ay, dəstənin digər üzvləri isə 7 ildən 9 ilədək həbsə məhkum ediliblər.


Qeyd edək ki, dəstə üzvləri iş adamlarından müxtəlif şantaj üsulları ilə pul almaqda təqsirli bilinib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov