Bacısını öldürüb zirzəmidə basdırdı - ÜSTÜ 7 İLDƏN SONRA AÇILDI
Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, 7 il əvvəl qətlə yetirilən rayonun İrəvalı kənd sakini, 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
Araşdırma zamanı məlum olub ki, R.Hüseynova 2011-ci ildə qardaşı, 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A.Hüseynov saxlanılıb.
Məlumata görə, R.Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb. Deyilənə görə, R.Hüseynova iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə qardaşı A.Hüseynov onu boğaraq qətlə yetirib.
R.Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.