Sərxoş vəziyyətdə yola çıxan piyadanı avtomaşın vuraraq öldürüb

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında qeydə alınıb.

Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlu idarə etdiyi avtomobillə orta yaşlı bir kişini vurub. Ağır xəsarətlər almış piyada xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Məlumata görə, həmin piyada tüfeyli həyat tərzi sürürmüş. Hadisə zamanı onun sərxoş vəziyyətdə qəfildən avtomobil yoluna çıxdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv